Image

Aqrar kreditlər 2,1 milyard manata yüksəlib

Kənd təsərrüfatı sahəsinə yönəldilən kreditlərin ümumi həcmi 2,1 milyard manat səviyyəsində olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % artım deməkdir. Bunu Azərbaycan Mərkəzi Bankının sədr müavinı Toğrul Əliyev V Aqrobiznesin İnkişafı Forumunda deyib.

"Ümumilikdə, banklarda mövcud olan aqrar kredit portfelinin 82 %-i kredit müəssisələrinin öz resursları hesabına formalaşdırılmış kreditlərdən ibarətdir, qalan 18 %-i isə dövlət fondları vasitəsilə maliyyələşdirilmiş kreditlərdir",- o vurğulayıb.

Aytac

Mənbə: anews.az

Xəbər lenti