Image

Bakı metrosunda bayram günləri qatarların hərəkət qrafiki dəyişəcək

“Bakı Metropoliteni” QSC 9 May -Faşizm üzərində Qələbə Günü və qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək.

Qurumun məlumatına görə, 9 və 11 may tarixlərində “28 May–Əhmədli” sahəsində və əks istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə olacaq. Bənövşəyi xətdə, həmçinin “Cəfər Cabbarlı–Xətai” və “Həzi Aslanov–Əhmədli” sahələrində mövcud hərəkət qrafiki saxlanılacaq.

“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, mayın 10-da isə bazar günü qrafiki üzrə tənzimlənəcək.

Metropoliten stansiyalarında nəzarət gücləndiriləcək, növbətçilik cədvəlinə uyğun əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Mənbə: anews.az

Xəbər lenti