Nazir Qarabağda aqrar investisiyaların son vəziyyətini açıqlayıb
Qarabağda kənd təsərrüfatı sahəsinə investisiya qoymaq istəyən sahibkarların müraciətləri var. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov anews.az-a açıqlamsında bildirib. Onun sözlərinə görə, indiyədək bu istiqamətdə iki müsabiqə başa çatıb. “İki müsabiqə çərçivəsində təxminən 12-14 min hektar sahə artıq təhkim olunub. Hazırda üçüncü müsabiqə elan edilib”, - nazir deyib. Məmmədov bildirib ki, müsabiqə ilə bağlı elan Kənd Təsərrüfatı Nazirliyinin sosial şəbəkə səhifələrində yerləşdirilib. Gülnar Nazimqızı
Mənbə: anews.az