Image

BVF Azərbaycan qazının qiyməti üzrə proqnozunu kəskin artırıb

Beynəlxalq Valyuta Fondu 2026-cı il üçün Azərbaycan təbii qazının orta ixrac qiyməti üzrə proqnozunu xeyli artırıb.

Fond Azərbaycan qazının 1,000 kubmetr üçün qiymət proqnozunu 380.4 dollardan 521.9 dollara qaldırıb. Bu, 141.5 dollar və ya 37.2% artım deməkdir.

BVF 2027-ci il üzrə proqnozu da 326.5 dollardan 424.3 dollara, 2028-ci il üzrə isə 287.1 dollardan 312.1 dollara yüksəldib.

2029, 2030 və 2031-ci illər üçün proqnoz 312.1 dollar səviyyəsində saxlanılıb.

Fond qiymət artımını qlobal enerji bazarındakı vəziyyət və Yaxın Şərqdəki müharibə fonunda neft və qaz qiymətlərinin yüksəlməsi ilə əlaqələndirir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

Gədəbəyə dolu yağıb

Tramp Paşinyanı təbrik edib