Image

AzerGold Ağdərədə mis yataqlarında geoloji kəşfiyyat aparır

“AzerGold” QSC Ağdərə rayonunda mis yataqlarının istifadəsi və yeni istehsal sahələrinin yaradılması üçün işləri davam etdirir. Bunu Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov bildirib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər ərazidə geoloji kəşfiyyat işləri aparırlar.

Yusubov qeyd edib ki, işğal dövründə Ermənistan Qarabağ və Şərqi Zəngəzurda yeraltı və yerüstü təbii sərvətlərə ciddi ziyan vurub.

Onun sözlərinə görə, həmin dövrdə mineral ehtiyatlarla yanaşı, geniş meşə zolaqları və yaşıllıq sahələri də məhv edilib.

Hazırda azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır. Bu çərçivədə iqtisadi fəaliyyətin bərpası, yeni istehsal sahələrinin yaradılması və ekoloji tarazlığın təmin edilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

Yusubov bildirib ki, həyata keçirilən layihələr regionun dayanıqlı inkişafına, yeni iş yerlərinin açılmasına və yerli iqtisadiyyatın gücləndirilməsinə xidmət edir.

Gülnar Nazimqızı 

Xəbər lenti