Image

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verib

Azərbaycanda saxlanılan və beynəlxalq axtarışda olan Hindistan vətəndaşı ölkəsinə ekstradisiya edilib.Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Singh Prabhdeep Gurraj Hindistanda 354 kiloqram heroinin qanunsuz dövriyyəsini təşkil etmək ittihamı ilə beynəlxalq axtarışa verilib.

Hindistanın səlahiyyətli orqanlarının ekstradisiya ilə bağlı müraciəti Baş Prokurorluq tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub. Şəxs Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun məlumatına əsasən, “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında” 4 aprel 2013-cü il tarixli müqaviləyə uyğun olaraq, Singh Prabhdeep Gurraj Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Hindistanın səlahiyyətli orqanlarına təhvil verilib. 

Xəbər lenti