Rusiya səfiri Macarıstan XİN-ə çağırılıb
Rusiyanın Budapeştdəki səfiri Ukraynanın qərb bölgələrinə endirilən hücumlardan sonra Macarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Macarıstanın Baş naziri Peter Madyar bildirib.
Onun sözlərinə görə, Macarıstan hökuməti Zakarpatiyada baş verən pilotsuz uçuş aparatları (PUA) hücumunu qətiyyətlə pisləyir. Xarici işlər naziri Anita Orbanın Rusiya səfiri ilə XİN-də görüşəcəyi və etirazını çatdıracağı bildirilib.
Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Ukraynanın qərb bölgələrinə kütləvi hava hücumu həyata keçirdiyi, Volınsk və Zakarpatiya vilayətlərində yaşayış binaları və infrastrukturun zədələndiyi bildirilmişdi.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın 800-dən çox pilotsuz uçuş aparatı ilə ölkəyə indiyədək ən genişmiqyaslı hava hücumlarından birini həyata keçirdiyini açıqlayıb.