Məhkəmə qərar verdi - 400-dən çox mühacir Rusiyadan QOVULDU
Ötən həftə Sankt-Peterburq məhkəmələri Rusiyada olarkən qanunları pozan dörd yüzdən çox qeyri-qanuni immiqrantı xaricə qovmaq qərarına gəlib.
Gundem.az xəbər verir ki, bu barədə "RİA Novosti" şəhər məhkəmələrinin birgə mətbuat xidmətinə istinadla məlumat yayıb.
İdarənin məlumatına görə, martın 25-dən etibarən Sankt-Peterburq şəhərinin rayon məhkəmələrinə müvafiq işlər üzrə 584 material daxil olub. Onlardan 515-nə artıq baxılıb.
"Məhkəmə qərarları: 418 qanun pozucusu ölkə hüdudlarından kənara məcburi deportasiya edilməklə cərimələnərək əcnəbi vətəndaşların müvəqqəti saxlanma məntəqəsinə yerləşdiriliblər. Bundan əlavə, daha 48 halda miqrantlar Rusiya ərazisini özbaşına tərk etməyə məcbur olublar", - Mətbuat xidmətindən bildirilib.
Mənbə: gundem.az