Image

BMT rəsmisi Qlobal Cənub QHT Platformasını yeni alyansa qoşulmağa çağırıb

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Xatib Qlobal Cənub QHT Platformasını bu ilin sonunda yaradılacaq Qlobal Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq Alyansı ilə əməkdaşlığa çağırıb. Bu barədə o Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib. Al-Xatib bildirib ki, vətəndaş cəmiyyəti Cənub-Cənub və üçtərəfli əməkdaşlığın inkişafında, eləcə də şəhər dayanıqlığı, iqlim dəyişikliyi və bərabərsizlik kimi çağırışların həllində mühüm rol oynayır. Onun sözlərinə görə, QHT-lər yerli bilikləri, etibarlı əlaqələri və praktiki innovasiyaları real nəticələrə çevirərək regional və qlobal əməkdaşlığı gücləndirir. Al-Xatib qeyd edib ki, yeni Alyans 2026–2029-cu illər üzrə strateji çərçivə əsasında əməkdaşlıq təşəbbüslərini əlaqələndirəcək, sübut olunmuş həllərin miqyasını genişləndirəcək və tərəfdaşlar arasında praktiki əlaqələndirməni gücləndirəcək. O, Qlobal Cənub QHT Platformasının üzvlərini Alyansın fəaliyyətində iştirak etməyə çağırıb. Gülnar Nazimqızı

Xəbər lenti

Bu yol 2 gün bağlı olacaq