Image

Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyalarıləğv edildi

 

Azərbaycan Mərkəzi Bankı (AMB) 3 elektron pul təşkilatının lisenziyalarını ləğv edib.

Qurumun İdarə Heyətinin 13 may 2026-cı il tarixli protokolu ilə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 54.1.1-ci maddəsinə əsasən "Azvvallet" MMC-yə verilmiş 9 aprel 2025-ci il tarixli, "Greentek Group" MMC-yə verilmiş 18 sentyabr 2024-cü il tarixli və "Guavapay" MMC-yə verilmiş 9 aprel 2025-ci il tarixli lisenziyalar ləğv olunub.

Bununla da, ölkədə lisenziyalı elektron pul təşkilatlarının sayı 14-ə düşüb.

 

Xəbər lenti

Sabah hava necə olacaq?