Bakıda Qlobal Cənub QHT Platformasının çərçivə sənədi qəbul edilib
Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasında platformanın institusional strukturu və operativ mexanizmlərini müəyyən edən çərçivə sənədi qəbul edilib. Assambleyada bildirilib ki, sənəd üzərində iş uğurla yekunlaşıb və iştirakçı təşkilatlar tərəfindən bəyənilərək platformanın idarəetmə sistemi və fəaliyyət prinsiplərini tənzimləyən əsas normativ sənəd kimi təsdiqlənib.
Qəbul olunan sənəd Baş katib və onun müavininin seçilməsi və təyinatını da təsdiqləyir. Qeyd olunub ki, onlar müəyyən edilmiş reqlamentə uyğun olaraq vəzifələrinin icrasına başlayacaqlar.
Baş Assambleya həmçinin işçi qruplarına platformanın tam fəaliyyətə başlamasını təmin etmək məqsədilə yaxın aylarda əməliyyat təklifləri hazırlamaq və onları icraya yönəltmək tapşırığı verib.
Gülnar Nazimqızı