Image

ABB Invest 2026-cı ildə istiqrazların mobil tətbiqlər üzərindən ticarətini hədəfləyir

ABB Invest-in icraçı direktoru Nadir Babazadə bildirib ki, şirkət 2025-ci ilin ilk yarısını stabil maliyyə nəticələri ilə başa vurub və gəlirləri ötən illə müqayisədə 5% artıb.

Onun sözlərinə görə, faiz gəlirləri 16%, qeyri-faiz gəlirləri isə 8% yüksəlib, xalis mənfəət isə 2,2 milyon manatdan çox olub.

Nadir Babazadə qeyd edib ki, ABB səhmlərinin IPO-sundan sonra təkrar bazarda təxminən 22 milyon manatlıq əməliyyat həyata keçirilib, 127 mindən çox əqd bağlanıb və təxminən 80 milyon səhm dövriyyədə olub.

O bildirib ki, 2025-ci ildə Baku Stock Exchange üzərindən əməliyyatların ümumi dövriyyəsi 39 milyard manata yaxınlaşıb, repo əməliyyatlarında isə ciddi artım müşahidə olunub.

Şirkət rəhbəri əlavə edib ki, 2026-cı il üçün əsas hədəflərdən biri istiqrazların mobil tətbiqlər vasitəsilə təkrar bazarda ticarətinin təmin edilməsidir.

Babazadənin sözlərinə görə, şirkət yerli kapital bazarında ticarət olunan alətlərin və səhmlərin sayının artırılmasını da prioritet istiqamətlərdən biri hesab edir.

N.Təbrizli

Xəbər lenti

Kiyevdə matəm elan edilib