Image

ABŞ-ın Çİnə ehtiyacı yoxdur - Rubio

Donald Trump Xi Jinping ilə Pekində keçirdiyi görüş zamanı İranla bağlı münaqişənin həllində yardım istəməyib. ABŞ dövlət katibi Marko Rubio NBC News-a müsahibəsində deyib.

Mayın 14-də Pekində Tramp və Si Cinpin arasında danışıqlar aparılıb. Bu, Trampın 2017-ci ildəki ilk prezidentlik müddətindən sonra doqquz il ərzində Çinə ilk səfəri olub.

Məlumata görə, görüş əvvəlcə martın sonuna planlaşdırılsa da, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və ABŞ-İsrail əməliyyatı səbəbindən təxirə salınıb.

Trampı Pekinə amerikalı iş adamlarından ibarət geniş nümayəndə heyəti müşayiət edib. Danışıqlarda İran böhranı və Hörmüz boğazında gəmiçiliyin bərpası əsas mövzulardan biri olub.

Aytac Zeynalova 

Xəbər lenti

Kiyevdə matəm elan edilib