Image

Türkiyədən Qəzzaya yeni yardım donanması yola düşüb

Türkiyənin Marmaris şəhərindən Qəzzaya humanitar yardım aparan yeni donanma yola çıxıb.Bu barədə “Clash Report” “X” sosial şəbəkəsində bildirib.

Məlumata əsasən, 45 ölkədən gələn təxminən 500 fəaldan ibarət karvan 54 gəmidən təşkil olunub və bu, Qəzzaya çatmaq üçün fəalların ikinci cəhdi hesab edilir.

Bildirilib ki, fəallar Türkiyədə yenidən bir araya gələrək daha iri karvan formalaşdırıblar və Qəzzaya doğru hərəkətə başlayıblar. İsrail tərəfi isə flotiliyanın qarşısının alınacağını açıqlayıb.

Yükləməyə düyü, un, körpə qidası və dərman vasitələrinin daxil olduğu qeyd edilir.

İsrail Hərbi Dəniz Qüvvələri aprelin 30-na keçən gecə Krit adası yaxınlığında “Qlobal Sumud Flotiliyası”nın 58 gəmisindən 15-ni ələ keçirmişdi.

Xəbər lenti

Kiyevdə matəm elan edilib