Azərbaycan təmsilçisi “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib -Yenilənib
“Avroviziya-2026” beynəlxalq mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində davam edir.
Azərbaycanı müsabiqənin ikinci yarımfinalında JIVA səhnə adı ilə çıxış edən Cəmilə Həşimova təmsil edib.
Təmsilçimiz “Just Go” mahnısı ilə səhnəyə çıxaraq ikinci nömrə altında çıxış edib.
***
Avstriyanın paytaxtı Vyana şəhərində “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.
İkinci yarımfinalda 15 ölkənin təmsilçisi çıxış edəcək. Yarışmada Bolqarıstan, Çexiya, Lüksemburq, Rumıniya, İsveçrə, Albaniya, Avstraliya, Kipr, Danimarka, Latviya, Malta, Norveç, Ukrayna, Ermənistan və Azərbaycan təmsil olunur.
Azərbaycanı təmsil edən JIVA ikinci nömrə altında səhnəyə çıxacaq. Müğənni müsabiqədə “Just Go” mahnısını ifa edəcək.
“Avroviziya-2026”nın böyük finalı mayın 16-da keçiriləcək.