Rusiya Ermənistana Azərbaycan üzərindən 977 ton buğda göndərir
Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə tranzit daşınan buğda yüklü qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb.
Məlumata görə, Ermənistana 14 vaqondan ibarət, ümumi çəkisi 977 ton olan buğda tədarük edilir.
Qatarın Azərbaycanın Böyük Kəsik stansiyası vasitəsilə Gürcüstana keçəcəyi, daha sonra isə Ermənistan istiqamətində hərəkətini davam etdirəcəyi bildirilir.
Yük daşınması region ölkələri arasında tranzit-logistika marşrutlarının fəaliyyəti fonunda həyata keçirilir.