“Azeri Light” nefti ucuzlaşıb
Dünya bazarında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,04 ABŞ dolları və ya 1,76% azalaraq 113,48 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə əsasən, Brent markalı neftin iyul fyuçersləri 109,59 ABŞ dollarından satılıb.
Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 2,01 ABŞ dolları və ya 1,78% azalaraq 110,98 ABŞ dollarına düşüb.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
“Azeri Light” neftinin indiyədək ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Azərbaycanda bu markalı neft Azəri-Çıraq-Günəşli yataqlar bloku çərçivəsində hasil edilir. Layihədə SOCARın payı 31,65% təşkil edir.