Image

İran: Müharibədən sonra Hörmüz boğazında bütün ticarət gəmilərinin təhlükəsiz keçidi təmin edilə bilər

İran hakimiyyəti ABŞ ilə hərbi qarşıdurmanın sona çatmasından sonra bütün ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etməyə hazırdır. Bunu Abbas Əraqçi bildirib.

O, Hindistanın Doordarshan televiziya kanalına müsahibəsində deyib ki, “Hörmüz boğazı ilə bağlı yeganə həll ABŞ-ın İrana qarşı təcavüzkar hərəkətlərinin tam dayandırılmasıdır və bundan sonra hər bir gəminin təhlükəsiz keçidi təmin ediləcək”.

Əraqçinin açıqlamasına görə, regionda gərginliyin davam etməsi dəniz nəqliyyatına da təsir göstərir və təhlükəsizlik məsələsi birbaşa siyasi-hərbi vəziyyətdən asılıdır.

İran rəsmisi əlavə edib ki, razılaşma yalnız qarşıdurmaların tam dayandırılmasından sonra mümkün ola bilər.

Aytac 

Xəbər lenti