Image

Livan və İsrail arasında atəşkəs rejimi 45 gün müddətinə uzadılıb

Livan və İsrail arasında aprelin 16-da elan edilmiş atəşkəs rejimi daha 45 gün müddətinə uzadılıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib ki, qərar Vaşinqtonda keçirilən iki günlük danışıqlardan sonra qəbul edilib.

“ABŞ mayın 14-15-də İsrail və Livan arasında yüksək məhsuldar danışıqlara ev sahibliyi edib. Davamlı irəliləyişin təmin olunması üçün aprelin 16-da elan edilmiş hərbi əməliyyatların dayandırılması daha 45 gün uzadılacaq”, - o, “X” platformasında yazıb.

Onun sözlərinə görə, mayın 29-da Pentagonda hər iki ölkənin hərbi nümayəndələrinin iştirakı ilə təhlükəsizlik üzrə danışıqlar mərhələsi başlayacaq.

Xəbər lenti