Image

Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs edilib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xarici kəşfiyyat orqanlarına həssas məlumat ötürdüyü iddia edilən casus şəbəkəsinə qarşı əməliyyat keçirib.

“TRT Haber”in məlumatına görə, Ankara Baş Prokurorluğu və Ankara Terrorla Mübarizə Şöbə Müdirliyinin birgə apardığı istintaq çərçivəsində 4 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı şəbəkənin rəhbəri olduğu bildirilən B.E. daxil olmaqla 7 nəfər saxlanılıb.

Məlumata görə, saxlanılanlardan ikisi başqa cinayətlərə görə artıq həbsdə olub. Şübhəlilər casusluq ittihamı ilə məhkəməyə göndərilib.

Xəbər lenti

Sabahın hava proqnozu