Londonda Starmerə qarşı mitinq keçirilir
Londonda Böyük Britaniyanın Baş naziri Keir Starmer əleyhinə etiraz aksiyası başlayıb.Bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilib ki, etirazçılar Londonun mərkəzində, Rassel meydanı yaxınlığında toplaşıb, Kingsvey küçəsini və ətraf əraziləri bağlayıblar.
Aksiya iştirakçıları hökumətin söz azadlığına yanaşmasına və immiqrasiya siyasətinə etiraz edərək şüarlar səsləndirirlər.