Image

Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb

Avropa ölkələrinin nümayəndələri Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin olunması ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə danışıqlara başlayıb.

İran dövlət televiziyasının məlumatına görə, Şərqi Asiya ölkələrinin, xüsusilə Çin, Yaponiya və Pakistan gəmilərinin keçidindən sonra Avropa tərəfi də SEPAH-ın Hərbi-Dəniz Qüvvələri ilə təmaslara keçib.

Məlumatda bildirilib ki, ABŞ və İsrailin addımlarından sonra İran ətrafında gərginliyin artması nəticəsində dünya neft və mayeləşdirilmiş təbii qaz ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçilik ciddi şəkildə məhdudlaşıb.

Xəbər lenti

Sabahın hava proqnozu