Image

İtaliyada avtomobil izdihama çırpılıb, azı 10 nəfər xəsarət alıb

İtaliyanın şimalındakı Modena şəhərində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində azı səkkiz nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı sürücü saxlanılıb. 

Yerli KİV-lərin məlumatına görə, sürücü hadisədən sonra qaçmağa cəhd edib. Ona mane olmağa çalışan şəxslərdən birinin bıçaq xəsarəti aldığı bildirilir. 

Məlumata əsasən, xəsarət alanlardan biri ağır travmalar nəticəsində hər iki ayağını itirib. Hadisənin motivi araşdırılır. 

“Gazzetta di Parma”nın yazdığına görə, sürücü “Citroën C3” markalı avtomobili idarə edib.

Xəbər lenti

Sabahın hava proqnozu