Image

“Avroviziya-2026” mahnı müsabiqəsinin finalı başlayıb - VİDEO

Avstriyanın paytaxtı Vyanada keçirilən 70-ci “Avroviziya-2026” mahnı müsabiqəsinin final mərhələsi başlayıb.

Müsabiqənin finalında 26 ölkənin nümayəndəsi çıxış edir. 

Finalda Belçika, Xorvatiya, Finlandiya, Yunanıstan, İsrail, Litva, Moldova, Polşa, Serbiya, İsveç, Albaniya, Avstraliya, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, Malta, Norveç, Rumıniya və Ukrayna yarımfinal mərhələsini keçərək iştirak hüququ qazanıblar.

Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi Avstriya isə qaydalara əsasən birbaşa finalda təmsil olunur.

 

Xəbər lenti

Sabahın hava proqnozu