Image

Bu gün Azərbaycanda WUF13-ə start verilir

Bu gündən Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) işə başlayır.

Forum mayın 22-dək Bakı Olimpiya Stadionunda keçiriləcək. Tədbir dayanıqlı urbanizasiya, mənzil təminatı, iqlim dəyişikliyi və şəhər idarəçiliyi sahəsində qlobal çağırışların müzakirəsinə həsr olunub. 

WUF13-də iştirak üçün 182 ölkədən 40 mindən çox şəxs qeydiyyatdan keçib ki, bu da forum tarixində ən yüksək göstəricilərdən biri hesab olunur. 

Forum çərçivəsində dövlət rəsmiləri, şəhər rəhbərləri, beynəlxalq təşkilatlar, ekspertlər və investorlar urbanizasiya, əlçatan mənzil, rəqəmsal transformasiya və “yaşıl şəhər” modelləri ilə bağlı müzakirələr aparacaqlar. Tədbirin əsas mövzusu “Dünyanın məskunlaşdırılması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” kimi müəyyən edilib. 

WUF13 proqramına ilk dəfə Liderlər Sammiti də daxil edilib. Forumun nəticələrinin BMT-nin Yeni Şəhər Gündəliyinin icrasına dair gələcək müzakirələrə töhfə verəcəyi gözlənilir. 

Xəbər lenti

Sabahın hava proqnozu