Image

AZAL Naxçıvan reyslərini bərpa edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı–Naxçıvan–Bakı reyslərini bərpa edib.

AZAL-ın məlumatına görə, sözügedən marşrut üzrə uçuşlar hazırda ştat rejimdə həyata keçirilir.

“Sərnişinlərin təhlükəsizliyi AZAL üçün prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər görülür”, — aviaşirkət bildirib.

Xəbər lenti

Faktiki hava açıqlanıb