Bakıda intensiv yağışın nəticələri aradan qaldırılır
Bakı şəhərində müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış nəticələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.
Bildirilir ki, bəzi ərazilərdə yağıntının həcmi normanı bir neçə dəfə üstələdiyindən, yağış sularının kollektorlar vasitəsilə kənarlaşdırılmasında gecikmələr yaranıb. Nəticədə paytaxtın bir sıra hissələrində su yığılması müşahidə olunur.Subasma müşahidə olunan ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.
Qurum əlavə edib ki, intensiv yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.