Image

UN-Habitat rəhbəri: WUF13 mənzil böhranının həlli üçün bilik və tərəfdaşlıq platformasıdır

Ümumdünya Şəhər Forumu (WUF13) qlobal mənzil böhranının həlli üçün bilik, təcrübə və tərəfdaşlıqların formalaşdırıldığı əsas platformalardan biridir. Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib. Onun sözlərinə görə, son iki il yarım ərzində potensialın gücləndirilməsi və inkişaf proqramları forum iştirakçılarının əsas tələblərindən birinə çevrilib. “Bu gün dünyanın müxtəlif sektorlarından olan liderlər yalnız qlobal trendləri anlamaq deyil, həm də onların necə tətbiq olunacağını öyrənmək istəyirlər. Mənzil böhranının aradan qaldırılması üçün bilik, ekspertiza və praktik təcrübənin paylaşılması olduqca vacibdir”, - Rossbax deyib. UN-Habitat rəhbəri qeyd edib ki, WUF13 çərçivəsində yaradılmış məkan iştirakçılar üçün əməkdaşlıq imkanları, tərəfdaşlıqların qurulması və birgə təşəbbüslərin razılaşdırılması baxımından mühüm rol oynayır. Rossbax forum iştirakçılarının tədbir günlərində ev sahibi ölkənin mədəniyyəti və ənənələri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklərini də vurğulayıb. Gülnar Nazimqızı

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu