Image

WUF13 Expo tarixinin ən böyük sərgisi kimi açılıb - Anar Quliyev

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) sərgisi tarixində ən böyük Expo kimi açılıb. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sərgidə 85 ölkədən 260 iştirakçı 122 stend və pavilyonda təmsil olunur. İştirakçıların ən böyük hissəsini 136 nümayəndə ilə vətəndaş cəmiyyəti təşkilatları təşkil edir. Bundan başqa, 15 akademik və tədqiqat qurumu, 44 özəl sektor pavilyonu, 41 ölkə pavilyonu, 10 dövlət sektoru şirkəti, həmçinin yerli və regional idarəetmə qurumları Expo-da iştirak edir. Anar Rzayev qeyd edib ki, özəl sektorun WUF13-də iştirakı əvvəlki forumlarla müqayisədə daha fəaldır. “World Urban Forum və onun Expo sərgisi bu günlər ərzində çox dinamik platforma olacaq. Artıq buna böyük marağı və çoxsaylı iştirakçıları görürük,” - o bildirib. Onun sözlərinə görə, Azərbaycan pavilyonu ölkənin tarixi irsini və şəhərlərin Yeni Şəhər Gündəliyinə uyğun transformasiyası istiqamətində görülən işləri nümayiş etdirir. Sonda Bakı sakinləri və şəhər qonaqları sərgiyə dəvət olunub. Bildirilib ki, forumda iştirak açıq və ödənişsizdir, qeydiyyat isə onlayn həyata keçirilir. Gülnar Nazimqızı

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu