Image

Azad edilmiş ərazilərdə daha 57 mina, 378 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə 32 piyada əleyhinə mina, 25 tank əleyhinə mina, 378 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, 1266,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

2025-ci ildə 69,2 min hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Ümumilikdə isə 2020-ci ildən bəri azad edilmiş ərazilərdə 249 min hektara yaxın sahə minalardan təmizlənib.

Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır.    Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Aytac

Xəbər lenti

Moldova Rusiyaya nota verib

Sabah hava küləkli olacaq

Faktiki hava açıqlanıb