Prezident: Azərbaycan tarixi irsini qoruyaraq urbanizasiyanı inkişaf etdirir
Azərbaycan qədim memarlıq irsini qorumaqla müasir şəhərsalma siyasətini davam etdirir. Bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı Naxçıvan, Gəncə, Qəbələ, Şəki, Lahıc, Şuşa və Bakının tarixi-memarlıq nümunələrini qeyd edərək, bu abidələrin Azərbaycanın qədim tarixini və mədəni irsə münasibətini əks etdirdiyini deyib.
“Biz bu irslə fəxr edirik və onu gələcək nəsillər üçün qorumaq bizim borcumuzdur”, – Əliyev bildirib.
Prezidentin sözlərinə görə, sürətli urbanizasiya şəraitində şəhərlərin inkişafı həm cəsarətli, həm də ehtiyatlı yanaşma tələb edir.
O, Bakıda keçirilən “Formula 1” yarışını misal çəkərək, müasir dinamika ilə qədim şəhər divarlarının qorunması arasında balansın vacibliyini vurğulayıb.
Gülnar Nazimqızı