Image

Komitəyə müraciət edənlərin böyük faizini qızlar təşkil edib

Azərbaycanda uşaqlara yardım çağırışlarının 54%-i qızlarla bağlı olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatına görə, yardım üçün müraciət edən uşaqların 54%-i qız, 28%-i oğlan, 18%-i isə anonim şəxslər olub. Yaş kateqoriyasına görə müraciətlərin ən böyük hissəsi 15-18 yaş aralığında qeydə alınıb. Belə ki, bu yaş qrupunda 3 754 müraciət daxil olub. 11-14 yaş kateqoriyasında 1 324, 10 yaşadək uşaqlarla bağlı isə 442 müraciət qeydə alınıb. Gülnar Nazimqızı

Xəbər lenti

Moldova Rusiyaya nota verib

Sabah hava küləkli olacaq