Azərbaycanda zorakılıq müraciətlərinin 79%-i məişət zorakılığı ilə bağlı olub
Azərbaycanda 2025-ci ildə zorakılıqla bağlı 808 müraciət qeydə alınıb.Bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında bildirilir. Məlumata görə, müraciətlərin 635-i və ya 79%-i məişət zorakılığı halları ilə bağlı olub. Qeyd olunan müraciətlər arasında psixoloji zorakılıq üstünlük təşkil edib. Belə ki, 277 müraciət və ya 43% psixoloji zorakılıqla bağlı qeydə alınıb. Fiziki zorakılıq üzrə 258 müraciət (40%), kibercinayət və kibertəzyiqlə bağlı 120 müraciət (15%) daxil olub. Hesabatda həmçinin etinasızlıqla bağlı 62 müraciətin (10%), bullinqlə bağlı 53 müraciətin (6%), cinsi zorakılıqla bağlı 32 müraciətin (5%) və iqtisadi zorakılıqla bağlı 6 müraciətin (1%) qeydə alındığı bildirilib. Gülnar Nazimqızı