Image

Ötən il komitəyə insan alveri ilə bağlı 165 müraciət daxil olub - Rəsmi

2025-ci ildə Azərbaycanda sığınacaq tələbi ilə bağlı 168, intihar düşüncələri və intihara cəhdlə bağlı isə 76 müraciət qeydə alınıb. Bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il hesabatında qeyd olunub. Hesabata əsasən, insan alveri ilə bağlı ümumilikdə 165 müraciət daxil olub. Bunlardan 60-ı erkən nikah, 54-ü insan alveri riski və ehtimalı, 44-ü diləndirmə, 7-si isə əmək istismarı ilə bağlı olub. Məlumatda qeyd edilir ki, müraciətlər əsasən sosial müdafiə, psixoloji dəstək və hüquqi yardım istiqamətlərini əhatə edib. Gülnar Nazimqızı

Xəbər lenti

Moldova Rusiyaya nota verib

Sabah hava küləkli olacaq