ABŞ İran neftinə qarşı sanksiyalarıdayandıracaq
ABŞ İran neftinə qarşı sanksiyaları dayandırmağa razılaşıb.
Bu barədə İranın "Tasnim" xəbər agentliyi danışıqlar qrupundakı mənbəyə istinadən yazıb.
"Amerika Birləşmiş Ştatları yeni mətndə danışıqlar zamanı İran neftinə qarşı sanksiyalardan azadolma nəzərdə tutan müddəanı qəbul edib", - məlumatda qeyd olunub.
Bildirilir ki, tədbir müvəqqətidir və Tehran ABŞ-nin İrana qarşı bütün sanksiyalarının ləğvini tələb edir.