ABŞ Rusiya nefti ilə bağlı sanksiya istisnasını daha 30 gün uzadıb
ABŞ Maliyyə Nazirliyi tankerlərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatlara tətbiq olunan sanksiya istisnasının müddətini daha 30 gün uzadıb. Bu barədə reuters mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, bir neçə ölkə Rusiya neftinin alışını tamamlamaq üçün əlavə vaxt əldə etmək məqsədilə Vaşinqtona müraciət edib. ABŞ bundan əvvəl aprelin 17-dək tankerlərə yüklənmiş Rusiya nefti və neft məhsulları ilə bağlı əməliyyatların mayın 16-dək davam etdirilməsinə icazə vermişdi.