Image

Bakı-Tbilisi-Bakı sərnişin qatarının bərpası müzakirə olunur – ADY

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı Gürcüstan Dəmir Yolları ilə texniki və təşkilati məsələlər üzrə işçi qaydada müzakirələr aparır. ADY-dən Anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı aidiyyəti qurumlarla koordinasiya işləri davam etdirilir.

“Verilmiş tapşırığa əsasən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır”, - qurumdan qeyd olunub.

Gülnar Nazimqızı

Xəbər lenti