Image

Naxçıvana uçuşlar yenidən ləğv edilib

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın bu istiqamət üzrə reysləri ləğv edilib.Bu barədə AZAL - dan məlumat verilib.

Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşlar cədvələ uyğun bərpa olunacaq.

Aviaşirkət sərnişin təhlükəsizliyinin əsas prioritet olaraq qaldığını və vəziyyətin nəzarətdə saxlanıldığını qeyd edib.

Əlverişsiz hava şəraiti səbəbindən şənbə günü də Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bəzi reyslər təxirə salınmışdı.

Xəbər lenti