Image

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3 mini keçib

Livanda martın 2-də başlayan hərbi eskalasiya dövründə İsrailin endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 3 020-yə, yaralananların sayı isə 9 273-ə çatıb.Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin hücumları nəticəsində 32 nəfər ölüb, 64 nəfər yaralanıb.

Qurum bildirib ki, Livanın cənub və şərq bölgələrində dağıntılar altında qalanlarla bağlı axtarış-xilasetmə işləri davam etdiyindən ölən və yaralananların sayının artacağı istisna edilmir.

Xəbər lenti