Image

Meksika və Uruqvay Kubaya humanitar yardım göndərib

Meksika və Uruqvaydan göndərilən növbəti humanitar yardım partiyası bazar günü Havana limanına çatıb.Bu barədə “Cubadebate” portalı məlumat yayıb.

Bildirilib ki,gəmi limanda  Kuba rəsmiləri, Meksika və Uruqvayın Havanadakı səfirləri tərəfindən qarşılanıb.

Məlumata əsasən, yardım yükünə ərzaq məhsulları və gigiyena vasitələri daxildir və o, uşaqlar, yaşlılar və həssas qruplar üçün nəzərdə tutulub.

Kuba rəsmiləri ölkənin ABŞ sanksiyaları və maliyyə məhdudiyyətləri fonunda dərin iqtisadi çətinliklərlə üzləşdiyini bildirib.

Meksika tərəfinin nümayəndəsi bildirib ki, bu, ilin əvvəlindən etibarən Kubaya göndərilən səkkizinci yardım partiyasıdır və bu dəfə Uruqvay da təşəbbüsə qoşulub.

Xəbər lenti