Image

Mayın 26-dan Gürcüstana qatarla getmək olacaq - RƏSMİ

Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Açıqlamada qeyd olunur ki, Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və nəqliyyat bağlantıları sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra sənədlər imzalayıb. Sənədlər mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə imzalanıb. Kobaxidze Azərbaycana WUF13-də iştirak etmək üçün səfər edib. Sazişlər Gürcüstana təbii qaz və elektrik enerjisinin tədarükünü, Azərbaycan qazının beynəlxalq bazarlara əlavə həcmlərdə çıxarılması üçün tranzit razılaşmalarının davam etdirilməsini, həmçinin Gürcüstan üzərindən Türkiyəyə elektrik enerjisinin tranzitini əhatə edir. Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin başa çatmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolunu da imzalayıb. Protokola əsasən, müvafiq dəmir yolu infrastrukturu BTKI Dəmir Yolları MMC birgə müəssisəsinə ötürüləcək. Tərəflər həmçinin mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər.

Aytac 

Mənbə: anews.az

Xəbər lenti

"Brent" nefti ucuzlaşıb