Image

Yves-Laurent Sapoval: Mənzil fondu iqlim dəyişikliklərinə uyğunlaşdırılmalıdır

Daşınmaz əmlak qlobal sərvətin 50%-dən çoxunu təşkil edir və bunun təxminən 60-70%-i mənzil fondunun payına düşür. Bunu Fransa Ərazilər, Ekologiya və Mənzil Nazirliyində Davamlı Şəhərlər və Urbanizasiya üzrə nazir nümayəndəsi Yves-Laurent Sapoval bildirib. Onun sözlərinə görə, mövcud mənzil fondunun qorunması və iqlim dəyişikliklərinə uyğunlaşdırılması əsas prioritetlərdən biridir. “Söhbət təkcə iqlim dəyişikliklərindən getmir. Mənzillər həm də demoqrafik dəyişikliklərə, xüsusilə əhalinin qocalmasına uyğunlaşdırılmalıdır. Bu, Avropada əsas məsələlərdən biridir”, - Sapoval deyib. O qeyd edib ki, ölkələr mənzil tikintisini, xüsusilə sosial mənzil layihələrini davam etdirməlidir. Bu, işçilərin yaşayış yerini dəyişərək iş imkanlarına daha rahat çıxışı, eləcə də tələbələrin mənzil təminatı baxımından vacibdir. Sapovalın sözlərinə görə, mənzil sahəsində əsas çağırışlardan biri mövcud vəziyyəti daha da ağırlaşdırmamaqdır. “Bunun üçün innovasiyaya ehtiyac var. Bizə çoxlu innovativ həllər lazımdır”, - o əlavə edib. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

"Brent" nefti ucuzlaşıb