Muxtar Babayev: Dünya artan iqlim və ekoloji təzyiqlərlə üz-üzədir
Bu gün dünya artan geosiyasi parçalanma, ekoloji təzyiqlər və sürətlənən iqlim təsirləri ilə üz-üzədir. Bunu Prezidentin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayev WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.
“İqlim dəyişikliyi bütün dünyada şəhər reallıqlarını dəyişdirir. Ekstremal hava hadisələri daha tez-tez, daha güclü və daha proqnozlaşdırılması çətin şəkildə baş verir. World Meteorological Organization məlumatına görə, son onillik tarixdə qeydə alınmış ən isti dövr olub, son üç il isə qlobal miqyasda indiyədək müşahidə olunan ən isti illər hesab edilir. Şəhərlər bu təsirlərin mərkəzinə çevrilir. Daşqınlar, istilik dalğaları, fırtınalar, quraqlıqlar və torpaq sürüşmələri artıq infrastrukturun zədələnməsinə, əsas xidmətlərin pozulmasına və dünya üzrə milyonlarla insanın həyatına təsir göstərir”, Babayev vurğulayıb.
Aytac
Mənbə: anews.az