Image

Şuşanın Daşaltı ərazisində yeni turizm kəndinin salınması planlaşdırılır

Şuşaya yaxın yerləşən Daşaltı kəndinə yeni turizm kəndinin yaradılması planlaşdırılır.  Bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Özəl investisiyalar hesabına həyata keçiriləcək layihə çərçivəsində kəndin müasir turizm məkanına çevriləcək. Həmçinin məşhur “Kətirli şəlalə” istiqamətində turizm piyada marşrutunun hazır olduğu və ziyarətçilərin yay mövsümündə həmin ərazini ziyarəti təmin olunacaq",- o bildirib.

Aytac

Mənbə: anews.az

Xəbər lenti