Image

Rafael Tuts: Mənzil siyasəti iqtisadi artımla sosial nəticələr arasında tarazlıq yaratmalıdır

Mənzil sektoru tikinti, daşınmaz əmlak, xidmətlər və maliyyə sahələrində iqtisadi fəallıq yaratsa da, insanların sağlamlığı, rifahı, təhsilə çıxışı və gəlir imkanları üçün də həlledici rol oynayır. Bunu UN-Habitat-ın Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts bildirib. Onun sözlərinə görə, şəhərlər sürətlə genişlənsə də, mənzil, iş yerləri və xidmətlər aşağıgəlirli ailələrə kifayət qədər çatmır. Bu isə iqtisadi artımın bərabərlik və sosial ədalətlə müşayiət olunmaması riskini artırır. Tuts bildirib ki, daha inklüziv mənzil həlləri üçün bazar yönümlü yanaşmalarla yanaşı, kirayə mənzil, kooperativ və icma əsaslı modellər, eləcə də aşağı və orta gəlirli ailələrə uyğun maliyyə mexanizmləri genişləndirilməlidir. O əlavə edib ki, mənzil siyasəti torpaq, infrastruktur, xidmətlər və şəhərsalma ilə birlikdə planlaşdırılmalı, dövlət sektoru isə layihələrin hazırlanması və icrası üzrə institusional imkanlarını gücləndirməlidir. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti