Şuşada yeni təhsil ocaqları və turizm layihələri planlaşdırılır
Qarabağ Universitetinin incəsənət, turizm və qonaqlama fakültələrinin Şuşaya köçürülməsi nəzərdə tutulur. Bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Bu addım təxminən 1500 müəllim və tələbənin şəhərdə daimi məskunlaşmasına şərait yaradacaq. Gənclərin və tələbələrin şəhərin inkişafına yeni dinamika qatacağını gözləyirik.
O bildirib ki, Şəhərdə yaxın zamanda uşaq bağçasının tikintisinə də start veriləcək. Bundan əlavə, gələn il Şuşada yeni tədris müəssisələrinin fəaliyyətə başlaması gözlənilir.
“Şuşada yeni məscid kompleksinin tikintisi də davam edir. Memarlıq baxımından mürəkkəb layihə hesab olunan kompleksdə işlərin yüksək dəqiqliklə aparılır. Layihənin gələn ilin əvvəlində tamamlanaraq ziyarətçilərin istifadəsinə verilməsi planlaşdırılır. Eyni zamanda, Xankəndiyə dəmir yolunun çəkilməsi də mühüm layihələrdən biri kimi qiymətləndirilir. Yenidən qurulan yol sayəsində Xankəndi ilə Şuşa arasındakı məsafə daha da qısalacaq və nəqliyyat əlaqələri sürətlənəcək.
O əlavə edib ki, Turşsu qəsəbəsinin sıfırdan yenidən qurulacaq və tikinti işlərinə bu il başlanılacaq.
Aytac
Mənbə: anews.az