Image

Xəyyam Məmmədov: Su sektoru iqlim dəyişikliyindən ən çox təsirlənən sahələrdən biridir

Su sektoru iqlim dəyişikliyindən ən çox təsirlənən sahələrdən biridir. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov bildirib.

“Bu hallar infrastrukturun zədələnməsinə, iqtisadiyyata təsir göstərməsinə və insanların həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bir çox ölkələr kimi, Azərbaycan da bu sahədə ciddi risklərlə üzləşir. Buna görə də uyğunlaşma əsas prioritetlərimizdən biridir. Əvvəllər Azərbaycanda hər il təxminən 10–20 daşqın baş verirdi. Bu gün isə həmin göstərici dəfələrlə artıb. İqlim dayanıqlılığını gücləndirmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi milli su strategiyası və digər dövlət inkişaf proqramlarına uyğun fəaliyyət göstərir. Bizim işimiz təmiz su, iqlim fəaliyyəti və ətraf mühitin qorunması ilə bağlı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyir. Hazırda biz dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl şirkətlərlə birlikdə 2026-cı ildə Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 üçün yeni uyğunlaşma layihələri hazırlayırıq. Eyni zamanda anlayırıq ki, yalnız mühəndislik həlləri kifayət etmir. Müasir texnologiyalar və elm su idarəçiliyinin ayrılmaz hissəsinə çevrilməlidir. Daşqın və quraqlıqların daha dəqiq proqnozlaşdırılması üçün GIS texnologiyaları və real vaxt məlumat sistemlərindən istifadə edilən monitorinq sistemləri tətbiq olunur”,- o bildirib.

Aytac

Mənbə: anews.az

Xəbər lenti