Image

Şuşa şəhərində əhalinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur

Baş plana əsasən Şuşa şəhərində əhalinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur.  Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-də Liderlərin Bəyanatları zamanı deyib.

"Şəhərin ümumi ərazisi 389,58 hektar təşkil edəcək. Layihədə 25 hektar turizm təyinatlı ərazilərin ayrılması nəzərtə turulub. yaşayış fondunun ümumi sahəsi 608 min kvadratmetrdən çox olacaq. Şəhərdə 46 kilometrlik yol şəbəkəsi, 21 təhsil müəssisəsi yaradılması nəzərdə tutulur.

Eyni zamanda Şuşada 200-dən artıq tarixi abidənin mövcud olduğu vurğulanıb və şəhərin tarixi-mədəni irsinin qorunmasının əsas prioritetlərdən biri olduğu bildirilib. Qeyd edilib ki, şəhərin inkişafı tarixi simasının saxlanılması və müasir urbanizasiya prinsiplərinin uzlaşdırılması əsasında həyata keçiriləcək

Aytac

Mənbə: anews.az

Xəbər lenti