Image

Ağdamda əhalinin sayının 100 min nəfərə çatdırılması nəzərdə tutulur

Ağdam 100 min nəfərlik müasir regional mərkəz kimi yenidən qurulur. Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-də Liderlərin Bəyanatları zamanı deyib.

"İşğaldan azad edilmiş ərazilərdə 2040-cı ilədək əhalinin 354 min nəfəri keçəcəyi proqnozlaşdırılır, bu ərazilərdə planlaşdırılan ümumi şəhərsalma sahəsi isə 10 min hektardan artıqdır",- o bilfirib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə yerləşən və son onilliklərdə ciddi zərər görmüş 20-dən çox abidə artıq bərpa edilib. Hazırda yeni memorial komplekslər, muzeylər və mədəniyyət müəssisələri layihələndirilir.

"Azad edilmiş ərazilərdə səkkiz şəhərin baş planı artıq təsdiqlənib, daha dörd şəhərin baş planı isə yekunlaşdırılma mərhələsindədir. Ağdamın baş planına əsasən, şəhər 100 min nəfərlik əhali üçün nəzərdə tutulub və təxminən 2 min hektar ərazini əhatə edir. Şəhərdə 3 milyon kvadratmetrdən çox yaşayış sahəsinin, 200 hektarlıq sənaye parkının yaradılması planlaşdırılır. İlk mərhələdə Ağdamda beş yaşayış məhəlləsi layihələndirilib, onlardan üçündə tikinti işləri aparılır. Bu yaşayış komplekslərində təxminən 6 min mənzil 22 mindən çox keçmiş məcburi köçkünün mənzil ehtiyacının qarşılanmasına imkan verəcək. Artıq başa çatdırılmış ilk yaşayış məhəlləsində 1,200-dən çox mənzil var. Şəhərdə dəmir yolu və nəqliyyat qovşağı, Muğam Mərkəzi, 960 şagird yerlik məktəb, mehmanxanalar tikilir, XVIII əsrə aid İmarət kompleksi isə bərpa olunub",- o bildirib.

Gülnar

Mənbə: anews.az

Xəbər lenti