Image

Cabbarov: Bakı və Sumqayıt Azərbaycanın əsas iqtisadi və bağlantı mərkəzidir

Azərbaycan 20 ildən az müddətdə yoxsulluq səviyyəsini 49%-dən 5%-ə endirməyə nail olub. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, ölkə regionun ən mürəkkəb ərazi münaqişələrindən birini həll edib”, –  o bildirib. Nazirin sözlərinə görə, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov tərəfindən də vurğulandığı kimi, Azərbaycan hazırda Cənubi Qafqaz regionunda yeni sülh arxitekturasının qurulmasında fəal iştirak edir. Mikayıl Cabbarov bildirib ki, Bakı və Sumqayıt inzibati baxımdan fərqli şəhərlər olsa da, iqtisadi və nəqliyyat baxımından vahid metropolitan zona kimi fəaliyyət göstərir. “Bu ərazi Azərbaycanın ən böyük iqtisadi məkanıdır və ölkənin ÜDM, məşğulluq, şəhərsalma və memarlıq potensialının böyük hissəsini özündə cəmləşdirir”, - nazir qeyd edib. O əlavə edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi Sea Breeze Resort kimi layihələr şəhərlərin iqtisadi inkişafı və beynəlxalq əlaqələrinin genişlənməsinə töhfə verir. Nazir çıxışında azad edilmiş ərazilərin yenidən qurulmasının Azərbaycanın əsas prioritetlərindən biri olduğunu da vurğulayıb. Onun sözlərinə görə, şəhərlərin inkişafı yalnız infrastruktur layihələri ilə deyil, insanların rifahı və sosial inteqrasiyası ilə qiymətləndirilməlidir. Mikayıl Cabbarov bildirib ki, gələcək dövrdə əsas çağırışlardan biri iqtisadi inkişaf, regional bağlantı və sosial rifah arasında balansın qorunması olacaq. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti